Messi, yoxsa Ronaldo: Hansı güclüdür? - Alimlər açıqladı

Baxış sayı: 
84
1  
0  

Belçikan Lyoven Katolik Universitetinin alimləri Argentina millisinin futbolçusu Lionel Messinin, yoxsa Portuqaliya yığmasının oyunçusu Kristiano Ronaldonun ən yaxşı olduğunu müəyyənləşdirən formul tərtib ediblər.
 
Report xəbər verir ki, VAEP adlanan formulda yalnız qol və məhsuldar ötürmələri deyil, zərbə, driblinq, sürüşmə fəndi və digər elementləri də nəzərə alıblar.
 
Alimlər hesablamaları hər iki hücumçunun 2013-2018-ci illər ərzində sərgilədikləri oyunlar əsasında aparıblar. Araşdırmada iştirak edən universitetin aspirantı Tom Dekrosun sözlərinə görə, ilk mövsümlərdə Messi və Ronaldonun göstəriciləri demək olar ki, eyni olub:
 
“Lakin 2015/2016 mövsümündən etibarən Messi məşhur rəqibini ötməyə başlayır”.
 
Bildirilir ki, Messinin bir oyun üçün VAEP göstəricisi 1,21, Ronaldoda isə 0,61-dir.
 
Qeyd edək ki, Messi karyerası ərzində yalnız yetirməsi olduğu İspaniyanın “Barselona” komandasının formasını geyinməkdədir. Hazırda İtaliya “Yuventus”unda çıxış edən Ronaldo isə daha öncə vətənində “Sportinq”, İngiltərədə “Mançester Yunayted”, İspaniyada isə “Real Madrid”in uğurları üçün çalışıb.

Загрузка...
Загрузка...