​Messi türk ulduzu PƏRT ETDİ – FOTO-VİDEO

Baxış sayı: 
832
0  
0  

 
Dünən gecə baş tutan “Roma”-“Barselona” oyununda Messinin üzgünlüyü gözlərdən qaçmayıb.
Minval.İnfo publika.az-a istinadən xəbər verir ki, 1983-84 mövsümündən sonra ilk dəfə adını Çempionlar Liqasının yarımfinalına yazdıran “Roma” zəfər qolunu türkiyə futbolçu Cengiz Ünderin məhsuldar ötürməsi ilə əldə edib.
Qalib gəldiyi üçün sevincindən yerə-göyə sığmayan türkiyəli ulduz uşaqlıqdan pərəstiş etdiyi Lionel Messiyə salam vermək üçün yaşıl meydançanın kənarına gedib. O, Messi ilə salamlaşmaq məqsədilə bir müddət gözləsə də, argentinalı ulduz kimsə ilə üz-üzə gəlməmək və danışmamaq üçün başını aşağı salaraq soyunma otağına gedib.
Cengiz Ünder isə matçdan sonrakı açıqlamasında Messiyə qarşı oynamağın həyəcan verdiyini, ancaq matçdan qalib ayrıldıqlarına görə daha çox sevindiyini bildirib.
 

Загрузка...
Загрузка...