Messi "Sevilya"ya kabus yaşatdı - VİDEO

Baxış sayı: 
67
1  
0  

Fevralın 23-də İspaniya La Liqasının 25-ci turu çərçivəsində növbəti oyun keçirilib.
 
Publika.az xəbər verir ki, La Liqanın son çempionu "Barselona" səfərdə "Sevilya"nın qonağı olub. Görüş kataloniyalıların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
 
“Barselona”nın heyətində Lionel Messi 26, 67 və 85-ci dəqiqələrdə fərqlənərək het-trik edib. Oyunda son nöqtəni isə 90-cı dəqiqədə Luis Suarez qoyub. "Sevilya"nın qollarına isə Xesus Navas (22) və Qabriel Merkado (42) imza atıblar.
 
Bu qələbədən sonra xallarının sayını 57-yə çatdıran "Barselona" turnir cədvəlində liderliyini qoruyub saxlayıb, "Sevilya" isə 37 xalla 5-ci yerdə qərarlaşıb.
 
Növbəti turda "Barselona" səfərdə əsas rəqibi "Real Madrid", "Sevilya" isə "Ueska" ilə qarşılaşacaq.

Загрузка...
Загрузка...