​Meqan Markl kral ailəsindən ayrılmağın əsl səbəbini AÇIQLADI

Baxış sayı: 
78
1  
0  

Sasseks hersoginyası Meqan Markl şahzadə Harri ilə kral ailəsindən ayrılmasının əsl səbəbini açıqlayıb.
 
Publika.az xəbər verir ki, hersoginya “Daily Star” qəzetinə “Girl Up” onlayn zirvəsinə həsr olunmuş videomüraciət ünvanlayıb.
 
38 yaşlı Meqan Markl şahzadə Harri ilə kral imtiyazlarından imtina etmələri və ABŞ-a köçmələrinin səbəblərini izah edib:
 
“İntuisiyanız sizə nəyin doğru və nəyin səhv olduğunu deyəcək. Nə ədalətlidir, nə yox. Mənim üçün ən çətini inanclarımı hərəkətlərlə gücləndirmək idi.
 
Can atmağa çalışdığımız dəyişiklik və artım hər gün baş vermir. Ancaq geriyə baxanda inanın, atdığınız hər addımın sizi məqsədə yaxınlaşdıracağını görəcəksiniz”.
 
“Force Majeure” televiziya serialının aktrisası hüquqlarını müdafiə etməyin vacib olduğunu vurğulayıb:
 
“Neqativ fikirlər həmişə olacaq və bu ifadələr həddən artıq yüksək görünə bilər, bəzən hətta sənə zərər verə bilər. Ancaq kənar səs-küy və müdaxilələrin qarşısını almaq üçün daxili gücünüzdən istifadə edə bilərsiniz. Çünki kənardakılar sadəcə boş gurultudur. Daxili səsiniz sizə həqiqəti pıçıldayacaq, o, ümidi təmsil edir. Səsiniz daha yüksək ola bilər və olmalıdır”.
 
“The Sun” ekspertləri onun çıxışını Böyük Britaniya kraliçası II Yelizavetaya tənqid kimi qəbul edib. Şahzadə Harrinin həyat yoldaşının bəzi fikirləri isə kral imtiyazlarından imtina etmək üçün bəhanə kimi qiymətləndirilib. Saraydakı mənbələrə görə, kral ailəsi Marklın çıxışından xəbərdar olmayıb.
 
1 apreldə şahzadə Harri və Meqan Markl İngiltərə kral ailəsinin üzvləri kimi fəaliyyətini dayandırmaq qərarını dünya ictimaiyyətinə elan etmişdi. Onlar ABŞ-a köçmək, işləmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etmək üçün dövlət maliyyələşdirməsindən və “Sasseks Royal” ticarət markasından imtina etməli olmuşdular.
 
Cütlük önümüzdəki aylarda Harrinin atası şahzadə Çarlzın köməyinə güvənə biləcək. O, oğlu və gəlininin xərclərini şəxsi hesabından ödəyəcək.
 
Aytən Məftun

Загрузка...
Загрузка...