Melania Trampın geyimi müzakirələrə səbəb oldu - FOTO

Baxış sayı: 
25
1  
0  

 
 
 
ABŞ-da 11 sentyabr hadisələri ilə bağlı təşkil olunan anma mərasiminə prezident Donald Tramp və həyat yoldaşı Melania Tramp da qatılıb.
 
Lakin mərasimdə ən yaddaqalan hadisə Melania Trampın geydiyi geyim olub.
 
Musavat.com bu barədə xarici mediaya istinadən məlumat verir.
 
2977 adamın öldüyü və 6000-dən çox insanın xəsarət aldığı terror aktının anma mərasimində Donald Trampın duyğusal anlar yaşadığı da kameralardan qaçmayıb.
 
Lakin birinci xanımın geyimi insanlar arasında birmənalı qarşılanmayıb.
 
Belə ki, geyimin üzərindəki motivlər əkiz qüllələrə hücum anını xatırladıb.
 
Sosial şəbəkə istifadəçiləri Melanianın geyim seçiminə öz etirazlarını bildiriblər.
 
İnsanların bu cür reaksiyalarından sonra Ağ Evin sözçüsü Stefani Qrişam mətbuata açıqlama verib.
 
Qrişam "USA today" qəzetinə verdiyi açıqlamada bu cür bənzətmələrin ağılsızca olduğunu söyləyib.
 
Melania Trampın getdiyi tədbirlərə seçdiyi geyimlər son zamanlar insanların müzakirə mövzusuna çevrilib. İnsanlar Melanianın bunu məqsədli şəkildə etdiyini düşünür.
 
Belə ki, ötən iyun ayında Melania "Teksas Mekelen" bölgəsində qaçqın uşaqların yaşadığı düşərgəyə sürpriz səfər edib. Lakin geyindiyi gödəkcənin arxasında yazılan yazı diqqətlərdən qaçmayıb.
 
Gödəkcənin arxasında “I, really don’t care, do you?” ("Mənim vecimə deyil, bəs sənin?") yazılması insanlar arasında birmənalı qarşılanmayıb.
 
Musavat.com

Загрузка...
Загрузка...