​Meksika zəlzələsini xəbər verən alimdən növbəti QORXUNC PROQNOZ

Baxış sayı: 
336
0  
0  

 
Meksikada dünən baş verən dağıdıcı zəlzələnin vaxtını tam dəqiqliyi ilə proqnozlaşdıran türkiyəli professor Övgün Ahmet Ercan növbəti xəbərdarlıqla çıxış edib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, professor təhlükənin hələ keçmədiyini bildirib.
“Bu zəlzələlər davam edəcək. Eyni bölgədə 6,5-7 bal gücündə zəlzələlər baş verə bilər. Xüsusilə, Meksikanın 200 kilometr ətrafında zəlzələlərin şahidi olacağıq”, - alim deyib.
Qeyd edək ki, dünən Meksikanın cənubunda 7,1 ballıq zəlzələ baş verib. Meksikanın qəza-xilasetmə xidmətinin rəisi Luis Felipe Puentenin məlumatına görə, ölənlərin sayı 250-yə çatıb.
Övgün Ahmet Ercan sentyabrın 9-da keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Meksikanın cənub sahillərində sentyabrın 18-də baş verən 8,2 ballıq zəlzələ dünyanın hər hansı yerində 10 gün ərzində böyük bir zəlzələnin baş verəcəyinə işarədir.
 
Ömər Dağlı

Загрузка...
Загрузка...