Mehriban Əliyeva Aprel qələbəsinin üçüncü ildönümündən yazdı - FOTO

Baxış sayı: 
91
1  
0  

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün "Instagram" səhifəsində Aprel qələbəsinin üçüncü ildönümündən yazıb.
 
Publika.az xəbər verir ki, paylaşımda qeyd olunub:
 
"Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Bu döyüşlər zamanı mərd və cəsarətli Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz Vətən yolunda qəhrəmanlıq göstərərək şəhid oldular, ömürlərini qurban verdilər. Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda şəhid olmuş bütün insanlara Allah rəhmət eləsin. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq".
 
Xatırladaq ki, bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş aprel döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşan aprel döyüşlərinin başlanmasından üç il ötür.

Загрузка...
Загрузка...