​"Mehmetcik"dən AĞIR ZƏRBƏ: hamısı öldürüldü

Baxış sayı: 
34
1  
0  

Suriyanın Hələb vilayətinin Azez mahalında türk əsgərlərinə hücum edən terrorçuların hamısı məhv edilib.
 
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Müdafiə Nazirliyindən bildirilib.
 
“PKK/YPG terror təşkilatının bu gün həyata keçirdiyi terror hücumundan sonra yerləri müəyyən edilən terrorçular ağır silahlarla vurularaq zərərsizləşdirilib”, - açıqlamada deyilir.
 
Qeyd edək ki, PKK/PYD terrorçularının hücumu nəticəsində türk ordusunun 1 əsgəri şəhid olub, daha 4 əsgəri yaralanıb.

Загрузка...
Загрузка...