“Mediamız heç vaxt Türkiyəni Azərbaycandan ayırmayıb”

Baxış sayı: 
115
2  
0  
Müşfiq Ələsgərli: “Son hadisələr fonunda mediamız Türkiyə mediasından geri qalmayan mövqe sərgilədi”
 
Türkiyə ilə ABŞ arasında yaşanan gərginlik fonunda ölkəmizdəki ziyalıların, siyasətçilərin, ictimai təşkilatların böyük əksəriyyətinin qardaş ölkəyə dəstək verdiyi hər kəsə məlumdur. Bəs Azərbaycan mediasının bu məsələdə tutduğu mövqə yetərincə qənaətbəxşdirmi? Milli mediamız məlum olaylar konteksində Türkiyə ilə lazlmi həmrəylik nümayiş etdirdimi?
 
    Turaninfo.org xəbər verir ki, Moderator.az -a açıqlama verən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli Azərbaycan mediasının baş verənlərə adekvat münasibət sərgilədiyini qeyd etdi:
 
“Söhbət aparıcı, ciddi mediadan gedirsə, deməliyik ki, Azərbaycan mediası da, ictimaiyyəti də hər zaman Türkiyə ilə bağlı məsələlərə həssas mövzu kimi baxır və heç vaxt onu Azərbaycan dövlətindən aylrmırlar. Bu dəfə də münasibət belə oldu. Media bu məsələdə kimin günahkar olması məsələsinə də aydınlıq gətirdi. Mediada yer alan yazılarda açıq şəkildə götərildi ki, ABŞ öz imkanlarından, gücündən istifadə edərək Türkiyəyə qarşı təzyiq göstərməyə çalışır və məlum gərginliyə görə də məsuliyyət Amerikanın üzərinə düşür. Media ictimai rəyi bu məsələdə düzgün istiqamətləndirməyi bacardı. 
Türkiyənin ABŞ-ın atdığı addımlara cavab olaraq verdiyi qərarların adekvatlığı da mediada müzakirə edildi. Bu barədə də müxtəlif mülahizələr irəli sürüldü ki, fikir sərbəstliyi baxımından bu da normaldır. 
Hesab edirəm ki, mediamız bu məsələlərlə bağlı adekvat davrandı. Günahkarın, təzyiq göstərinin Amerika olduğunu göstərdi. Türkiyəyə dəstək nümayiş olundu. Mediamız Türkiyənin yanında oldu və Türkiyə mediasından geri qalmayan mövqe sərgilədi”.
Загрузка...
Загрузка...