​Mədəniyyət naziri kim olsun? - Bakı sakinlərindən maraqlı cavablar... VİDEOSORĞU

Baxış sayı: 
112
1  
0  

 
Bir müddət əvvəl Prezident İlham Əliyev mədəniyyət naziri ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilib.
 
Buna səbəb isə DTX-nın Mədəniyyət Nazirliyində əməliyyat keçirməsi olub. Əməliyyat zamanı nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanılıb.
 
Açılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov isə vəzifə səlahiyyətindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
 
Bundan sonra isə Ə.Qarayev vəzifəsindən uzaqlaşdırılıb. Ə.Qarayev vəzifədən uzaqlaşdırıldıqdan sonra yeni nazirin kim olacağı ilə bağlı müxtəlif versiyalar səsləndirilib.
 
Musavat.com-un əməkdaşları şəhər sakinləri arasında sorğu keçiriblər və onlara “Mədəniyyət naziri kürsüsündə kimi görmək istəyirsiniz? Yeni nazirdən gözləntiləriniz nələrdir” sualları ilə müraciət ediblər. 
 
Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.
 
Könül İbrahim,
Musavat.com

Загрузка...
Загрузка...