"Maşın"da final gecəsi başladı - Qalib açıqlanacaq

Baxış sayı: 
22
3  
0  

 
"Maşın”ın “Maskarad” adlı sürətinin final gecəsi başlayıb.
"Yeni Sabah" xəbər verir ki, 18 gündür davam edən mübarizəyə artıq yekun vurulub. Bu gün səhərə yaxın finala qalan iki iştirakçıdan biri mübarizəyə davam edə bilməyib. Bununla da dəyəri 50 min manat olan “Opel İNSİGNİA” avtomobilinin sahibi bəlli olub.
 
Xatırladaq ki, şouda meyxanaçı Aqşin Fateh, müğənni Ayan Babakişiyeva, Kərim Abbasov, aparıcı Kəmalə Piriyeva, Xalq artisti Bilal Əliyev, aşıq Namiq Fərhadoğlu, müğənni Türkan Vəlizadə, aparıcı Suna Kasımoğlu, Nazim Pişiyari, repçi Qurd, müğınni Niyam Salami, Ramal İsrafilov, Aysun İsmayılova, Əməkdar artist Fatma Mahmudova, aparıcı Zümrüd Qasımova, müğənni Fuad Musayev, aparıcı Lalə Mustafayeva və aktyor Məcid Hüseynov avtomobili qazanmaq üçün gərgin mübarizə aparıblar. 
 
“Maşın”ın finalının sonunda Murad Dadaşov qalibi təqdim edəcək.
 
Onu da qeyd edək ki, bu gün müğənni Kərim Abbasov Lalə Mustafayevanın qalib olduğunu açıqlayıb aparıcı təbrik etmişdi.
 
Yenisabah.az
 

Загрузка...
Загрузка...