“Maşın” şounun növbəti buraxılışının vaxtı bilindi

Baxış sayı: 
86
2  
0  

 
 
Teleməkanın reytinq rekordu qıran layihəsi “Maşın” şounun növbəti buraxılışının vaxtı bilinib.
 
Musavat.com-un əldə etdiyi məlumata görə, verilişə sentyabr ayında start veriləcək. Adətən hər il iki buraxılışı efirə gedən layihə bu il bir dəfə təqdim ediləcək. “Maşın”da bir çox yenilik olacağı üçün sentyabrda tamaşaçı qarşısına çıxması planlaşdırılır.
Qeyd edək ki, şouda 9 qadın, 9 kişi olmaqla 18 iştirakçı qarşı-qarşı gələrək avtomobil uğrunda mübarizə aparır.
 
Sonuncu dəfə “Maşın”ın qalibi aktrisa Xəyalə Quliyeva olub.

Загрузка...
Загрузка...