"Maşın şou"nun finalçıları məlum oldu

Baxış sayı: 
66
1  
0  

"Maşın şou"da finala qalan iştirakçılar məlum olub.
 
Publika.az xəbər verir ki, 18-ci sürətin sonuncu SMS səsverməsinə aparıcı Kəmalə Piriyeva çıxıb. O, səs topladığı halda oyundan həmkarı Lalə Mustafayevanı uzaqlaşdırmaq istədiyini desə də, bu arzusu ürəyində qalıb. Sonda 47,79 faiz səs toplayan ulduz oyunu özü tərk edib.
 
Finalda maşın uğrunda bu gündən etibarən müğənni Ramal İsrafilov, aparıcılar Suna Kasımoğlu və Lalə Mustafayeva mübarizə aparacaq.
 
Xatırladaq ki, müğənni Rəqsanə İsmayılova qızı Aysun şounu tərk etdikdə sonra Kəmalə Piriyevanın əlini səhvən maşından çəkdiyi kadrları yaymışdı. Dünən isə müğənni aparıcı haqqında qalmaqallı açıqlamalar yaymışdı.

Загрузка...
Загрузка...