​Maşın qaçırmışdılar, oğurluqları da üzə çıxdı

Baxış sayı: 
141

 
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini R.Əliyevin “VAZ-2106” markalı avtomobilini qaçırmaqda şübhəli bilindiklərinə görə saxlanılan şəhər sakinləri Sərxan Mahmudov, əvvəllər məhkum olunmuşlar – Tural Rüstəmov və Məcid Sultanovun digər cinayət əməllərinin də üstü açılıb.
Minval.İnfo xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi, Kəpəz və Nizami rayon polis idarələri əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə onların aprelin             12-də və 15-də şəhər ərazisində 3 avtomobildən akkumulyator, habelə digər “VAZ-2106” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaları da müəyyən edilib.
Araşdırma aparılır.

Загрузка...
Загрузка...