​Masallıda DƏHŞƏTLİ HADİSƏ: 11 gün əvvəl toyu olmuşdu - FOTO

Baxış sayı: 
32
1  
0  

Masallı rayonunda istirahət mərkəzində bədbəxt hadisə baş verib.
 
Hadisə "İstisu" istirahət mərkəzində qeydə alınıb.
 
Belə ki, Cəlilabad rayonunun Bədirli kənd sakini, 1996-cı il təvəllüdlü Zamin Seyfulla oğlu Baxışov Viləş çayının istirahət mərkəzinin ərazisindən keçən hissəsində çimərkən dünyasını dəyişib.
 
İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib.
 
Mərhumun avqustun 7-də toyu olub. O, istirahət mərkəzinə ailəsi ilə birlikdə gedibmiş.
 
Faktla bağlı araşdırma aparılır (Report).

Загрузка...
Загрузка...