Marketin 3 işçisi koronavirusa yoluxdu, 45-i karantinə alındı - VİDEO

Baxış sayı: 
102
1  
0  

Sumqayıtda fəaliyyət göstərən marketlərdən birinin işçisi koronavirusa yoluxub. Bu səbəbdən onunla ünsiyyətdə olduğu ehtimal edilən marketin 45 əməkdaşı da evdə karantinə alınıb.
 
Publika.az xəbər verir ki, marketdə müqavilə əsasında mühafizə xidməti həyata keçirən şirkətlərdən birinin iki əməkdaşının da koronavirus testinin nəticələri pozitiv çıxıb. Marketdən "Xəzər Xəbər"ə faktı təsdiq ediblər.
 
Koronavirus faktı aşkar edildikdən dərhal sonra marketdə nəzarət gücləndirilib. Çünki gün ərzində bura yüzlərlə müştəri daxil olur.
 
Marketdən bildirilib ki, evdə qalan işçilər analiz verəcəklər. Virus aşkarlanmayan əməkdaşlar yenidən işə cəlb olunacaqlar.
 

Загрузка...
Загрузка...