Market müdiri kassada işləyən qızı şantaj edib dəfələrlə...

Baxış sayı: 
44
3  
1  

Türkiyənin Karabük şəhərində rəhbərlik etdiyi marketdə kassir qadını zorlayan şəxs həbs edilib.
 
Publika.az Demirören xəbər agentliyinə istinadən xəbər verir ki, 23 yaşlı Ü.Y müdirinin onu dəfələrlə zorlaması barədə polisə müraciət edib. O bildirib ki, market müdiri ilə dost olub və bir gün ailəli olan həmin şəxs onu zorlayıb. Daha sonra qadınla cinsi əlaqədə olduğunu hamıya deyəcəyini, onun görüntülərini yayacağını deyən həmin şəxs kassiri dəfələrlə cinsi əlaqəyə məcbur edib. Nəhayət təhdidlərdən bezən gənc qadın polisə müraciət edib.
 
Şikayət əsasında 1 qız atası olan T.E həbs edilib. O, kassir xanımla razılıq əsasında cinsi əlaqəyə girdiyini deyib.
 
Araşdırmalar davam etdirilir.

Загрузка...
Загрузка...