​Mariya Zaxarova hicaba büründü - FOTO/VİDEO

 
 
Rusiya XIN-in rəsmi nümayəndəsi hicablı paltar geyindi.
 
Moderator.az xəbər verir ki, bu haqda məlumat, foto və video-görüntülər nazirliyin “Facebook” səhifəsində paylaşılıb. Rusiya xarici işlər naziri Sergey Lavrovun Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz əl-Səudla görüşünə XİN rəsmi nümayəndəsi Mariya Zaxarova hicaba bürünərək gəlib.
 
 “Məndən soruşdular ki, yerli dres-koda riayət edəcəksiniz. Bəs necə?”- deyə  öz fotosunun şərhində M.Zaxarova yazıb.
 
P.S. Əsl qadın hicabı moda, səfər geyimi kimi kefi istəyəndə yox, daim geyinməli və nəinki zahirən, batinən də hicablı, yəni pərdəli, abır-həyalı olmalıdır...

Загрузка...
Загрузка...