"Mançester Siti" uduzdu, "Liverpul" yarımfinala yaxınlaşdı - VİDEO

Baxış sayı: 
322
2  
1  

Aprelin 9-da UEFA Çempionlar Liqasının 2018-2019-cu illər mövsümünün dörddəbir final mərhələsinə start verilib.
Turaninfo.org  xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Turnirin son finalçısı İngiltərənin “Liverpul” komandası doğma azarkeşlər önündə Portuqaliyanın “Porto” klubunu qəbul edib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yurgen Klopun yetirmələrinin heyətində Nəbi Keyta (5) və Roberto Firmino (26) fərqləniblər.
Günün digər oyununda iki ingilis klubu qarşılaşıb. “Tottenhem” və “Mançester Siti” komandaları tarixlərində ilk dəfə avrokubokda üz-üzə gəliblər.
“Tottenhem Hotspur”da baş tutan görüşdə London təmsilçiləri minimal hesabla qələbə qazanıb - 1:0. Görüşdə yeganə qolun müəllifi 78-ci dəqiqədə Heung-Min Son olub. Matçın 13-cü dəqiqəsində “Mançester Siti”nin hücumçusu Serxio Aquera 11 metrlik cərimə zərbəsini yerinə yetirə bilməyib.
1/4 final mərhələsinin daha iki ilk oyunu bu gün keçiriləcək. Hollandiyada "Ayaks" İtaliya "Yuventus"unu, İspaniyada isə "Barselona" İngiltərə "Mançester Yunayted"ini qəbul edəcək. Cavab görüşləri 16-17 apreldə olacaq.

publika.az
                                                                                      

Загрузка...
Загрузка...