​Manaf Ağayev polisə çağırılıb, müğənni üzr istəyib

Baxış sayı: 
92
2  
0  

Müğənni Manaf Ağayev Bakı şəhər Baş Polis İdarəsinə aparılıb.
 
Minval.info xəbər verir ki, o, televiziya verilişlərindən birində işlətdiyi ifadəyə görə, Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub. İdarədə M.Ağayevlə profilatik söhbət aparılaraq sərbəst buraxılıb. O, etdiyi hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.
 
Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiq edib.
 
Xatırladaq ki, bir müddət əvvəl müğənni Manaf Ağayev televiziya verilişlərindən birində qonaq olarkən qalmaqallı fikirlər səsləndirib. Aparıcının “Qadın sizi hansı həddə çatdırmalıdır ki, ona əl qaldırasınız” sualına M.Ağayev “Belə göründüyümə baxmayın, bir kəlmə sözə görə baş kəsərəm. Ailəm məni yaxşı tanıyır” fikirlərini səsləndirib.

Загрузка...
Загрузка...