Malta 64 miqrantı 4 ölkəyə göndərəcək

Baxış sayı: 
40
0  
0  

 Malta "Alan Kurdi" gəmisinin göyərtəsindəki miqrantları Avropa İttifaqının 4 ölkəsinə göndərəcək.

Bu barədə Maltanın Baş naziri Cozef Muskat məlumat verib.

Onun sözlərinə görə, Avropa Komissiyası və Maltanın səmərəli əməkdaşlığı nəticəsində 64 miqrant Almaniya, Fransa, Portuqaliya və Lüksemburq arasında bölüşdürüləcək: "Onların heç biri bu yükü tək daşıya bilməyən Maltada qalmayacaq".

Qeyd edək ki, Sea-Eye alman qeyri-hökumət təşkilatının gəmisi həyəcan siqnalı aldıqdan sonra Liviya sahillərində göyərtəsinə 64 miqrant qəbul edib. İtaliya miqrantların qəbulundan imtina edib./report

Загрузка...
Загрузка...