Maliyyə Nazirliyi qorumalı olduğu pulu borc paylayır - Ekspertdən AÇIQLAMA

Baxış sayı: 
42
1  
0  

"Azərbaycan hökumətinin sərbəst maliyyə resurslarının (təkcə xəzinə qalığınıdan söhbət getmir) banklarda yerləşdirilməsində ədalətli mexanizmlər olmalıdır". 

Turaninfo.org xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev bildirib. 

O deyib ki, bu yaxınlarda Rusiyada hökumətin sərbəst vəsaitlərinin kredit təşkilatlarında müsabiqə yolu ilə yerləşdirilməsi ilə bağlı qaydalar qəbul edilib:

"Bu tip qaydanın tətbiqinə bizdə də ehtiyac var. Yeri gəlmişkən, son illər həcmi 1.5-2 milyard manatdan az olmayan xəzinə ehtiyatının istifadəyə verilməsindən dövlət büdcəsi ən yaxşı halda 3 -4 milyon manat gəlir əldə edib. Yəni gəlirlilik 0.2-0.3 faiz təşkil edir".

R.Ağayev qeyd edib ki, Azərbaycan hökumətinin sərəncamında iri məbləğdə ehtiyatlar var: 

 

Похожее изображение

"Neft Fondunun və Mərkəzi Bankın sahib olduğu 45 milyard dollara yaxın valyuta aktivlərini nəzərdə tuturam. Amma 3-cü mənbə də var – Maliyyə Nazirliyinin sərəncamında olan və məbləği 1.2 milyard dollara yaxınlaşan ehtiyatlardan söhbət gedir. Bu ehtiyatlar necə formalaşır? 

 

“Büdcə sistemi haqqında” Qanuna əsasən cari maliyyə ilinin sonuna büdcənin xərclənməyən, xəzinə hesabında qalan vəsaitlər növbəti ilə keçmir, sərbəst qalıqların hamısı vahid xəzinə hesabına köçürülür. Əgər büdcə kəsirini qapatmaq və ya normativ çərçivəsində müdafiə olunan xərc maddələrinin maliyyələşməsinə sərf edilmirsə, həmin vəsaitlərin tamamı vahid xəzinə hesabında ehtiyat kimi qalır. Bu ehtiyatların saxlanmasına və idarəetməsinə isə Maliyyə Nazirliyi səlahiyyətlidir.

 

Təəssüf ki, Neft Fondunun ehtiyatlarından fərqli olaraq dövlət büdcəsinin xəiznə qalıqları hesabına formalaşan ehtiyatların idarəçiiliyi ilə bağlı hesabatlılıq çox məhduddur, Maliyyə Nazirlyinin saytında bu barədə ümumiyyətlə məlumat yoxdur. Amma indi Hesablama Palatası ilk dəfə xeyli informasiya açıqlayıb.

 

Məlum olub ki, 2018-ci ilin ortalarına büdcə ehtiyatının məbləği 1.982 milyard manatdır. Onun 981 milyon manatı qanunvericiliyə uyğun olaraq saxanmaq üçün Neft Fonduna, 19.8 milyon manatı isə Beynəlxaql Banka verilib. 163 milyon manatı “Kapital Bank”da yerləşdirlib.

 

Amma qanunvericilikdə nəzərdə tutulmadığı halda il ərzində qaytarılmaq şərtilə Dövlət Neft Şirkətinə və Dövlət Dəmiryoluna ssuda kimi verilib. 

 

Təsəvvür edirsiniz, dövlətin maliyyə resurslarının istifdasənin qanunuyğunluğuna birbaşa səlahiyyətli olan Maliyyə Nazirliyi qanunda nəzərdə tutulmadığı halda dövlət resurslarını dövlət şirkətlərinə borc verir".

/demokrat.az/

 
Загрузка...
Загрузка...