​ “Malış”dan “Dəli Kür”də DƏHŞƏTLİ ADDIM: rəqs edən qıza irad bildirdi, sonra isə... - BAKIDA

Baxış sayı: 
191
0  
0  

Bakıda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən Həsən Ağayev və Elvin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə hər iki təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 126.2.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, iki və ya daha çox şəxsə qarşı, tərəfindən törədildikdə) maddəsinə tövsif edilib.
Həsən Ağayev 9 il və Elvin Əliyev isə 8 il müddətinə azadlıqdan məhrum olunub.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 29,120.2.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilmişdi.
İttihama görə, hadisə ötən il sentyabrın 28-də gecə saatlarında Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən “Dəli Kür” kafesində baş verib.
Kafedə rəqs üstündə yaranmış münaqişə qanla olayla nəticələnib.
Məlum olub ki, həmin zaman kafedə Fatma Abdullayevanın rəqs etməsinə Tofiq Mehtiyev irad bildirib.
Bundan əsəbiləşən Cəbrayıl rayon sakini 24 yaşlı Həsən Ağayev və Ağdaş rayon sakini 23 yaşlı Elvin Əliyev Tofiq Mehtiyevi bıçaqlayıb.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Təqsirləndirilən Elvin Əliyev dostları arasında “Malış” ləqəbi ilə tanınır.
Hacı Zeynalov

Загрузка...
Загрузка...