Makron yeni tədbirlər planını açıqlayacaq

Baxış sayı: 
91
1  
0  

Bu gün axşam saatlarında Fransa prezidenti Emmanuel Makron televiziya vasitəsilə "Sarı jiletlilər"in tələblərinə uyğun olaraq hazırlanan yeni tədbirlər planını açıqlayacaq. O, səkkiz günlük sükutdan sonra əhalinin alış qabilliyyətinin artırılmasına kömək edəcək yeni tədbirləri təqdim edəcək.

Turaninfo.org"Report"a istinadən xəbər verir ki, tədbirlər planında hökumətin minimum əməkhaqqını artırmaq əvəzinə, azmaaşlı əhaliyə, eləcə də, işə maşınla gedən fransızların 70 faizinə şamil oluna biləcək mobilllik mükafatlar vəd edəcəyi gözlənilir.

Ehtimala görə, yerli hökumət xüsusilə yaşlıların minimum təqaüdünü artıracaq, həmçinin yaşayış yerinə görə ödənilən vergi azaldılaraq əvvəlki hökumətin dövründəki şərtlərə qaytarılacaq və gəlir vergisi isə azaldılacaq.

Az ehtimal olunsa da, işlənilən əlavə saatlara görə ödənilən verginin keçmiş prezident Nikola Sarkozinin dövründə olduğu kimi vergidən azad ediləcəyi də mümkündür.

Daha bir ehtimal yaşamaq üçün ən zəruri hesab olunan mallara tətbiq edilən istehlak vergi növü olan əlavə dəyər vergisinin (ƏDV) azaldılacağıdır.

Bu gün hökuməti düşündürən sual bu tədbirləri necə maliyyələşdirməkdir. Son həftələr "Sarı jiletlilər"in keçirdikləri aksiyalar zamanı Fransanın iqtisadi vəziyyətinə külli miqdarda ziyan dəyib. Etiraz aksiyaları zamanı ticarət obyektlərinə ziyanlar dəyib, turizmdən gələn gəlir azalıb.

"Sarı jiletlilər"in tələblərini razı salmaq üçün həyata keçiriləcək tədbirlər illik 12-15 milyar avroya başa gələ bilər.

Загрузка...
Загрузка...