​Makron İsrail polisini kilsədən QOVDU - VİDEO

Baxış sayı: 
45
2  
0  

Hurriyyet.org xəbər verir ki, Ümumdünya Xolokost Forumunda iştirak eləmək üçün İsrailə getmiş Fransa prezidenti Emmanuel Makron Şərqi Qüdsdə yerləşən və Fransa ərazisi hesab edilən Müqəddəs Anna kilsəsini (bu kilsənin Müqəddəs Məryəmin dünyaya gəldiyi, İohakim və Annanın yaşadığı evin yerində tikildiyi rəvayət olunur) ziyarət edərkən İsrail polisi ilə mübahisə edib.
 
İsrail səfəri zamanı Emmanuel Makron Müqəddəs Anna katolik kilsəsinə gedib. İsrail polisi də onu müşayiət edib. Lakin Makron polislərin Fransa ərazisi hesab edilən kilsəyə daxil olmasını istəməyib.
 
Sosial mediada yayılan videoda Fransa prezidenti İsrail polisinin qaydalara tabe olmasını istəyərək deyir: “Zəhmət olmasa, əsrlərlə var olan qaydalara riayət edin. Onlar mənə görə dəyişməyəcək. Etdiyiniz hərəkət xoşuma gəlmir! Bayıra çıxın!”
 
Makron 5-ci Dünya Soyqırımı forumunda iştirak eləmək üçün İsrailə gedib və baş nazir Benyamin Netanyahu ilə görüşüb.

Загрузка...
Загрузка...