​Mahnını bəyənməyən azərbaycanlı DJ-i belə öldürdü – ŞOK VİDEO

Baxış sayı: 
48
1  
0  

Rusiyanın Leninqrad vilayətinin Kirov rayonunda kafedə dava baş verib.
 
Kafedə DJ-lə azərbaycanlı müştəri arasında mübahisə yaranıb.
 
Həmyerlimiz təkid edərək mahnının dəyişdirilməsini istəyib. Ancaq DJ mahnını dəyişməkdən imtina edib. Qəzəblənən azərbaycanlı bıçaqla DJ-yə hücum çəkib və onun ürəyinə bıçaq sancıb.
 
13 oktyabr tarixində Kirov rayonunun, “Ladojskoya” küçəsindəki kafedə baş verən cinayətin bəzi detalları məlum olub. Ürəyindən bıçaqlanan DJ-i xəstəxanaya çatdırıblar, amma həkimlər onun həyatını xilas edə bilməyib.
 
İlkin məlumata görə, kadrlarda görünən ofisiant ölən DJ-in qardaşı olub.
 
Qeyd edək ki, cinayəti törədən şəxsin Azərbaycan diasporasının nümayəndəsi olduğu iddia olunur.
 
Baku.ws
 

Загрузка...
Загрузка...