​Mafiyaya işləyən məşhur killer xanımın son gecəsi... – Fotolar

Baxış sayı: 
38
2  
1  

 
Kriminal dünyada xüsusi dəst-xətti olan Klaudia Oçoa Feliks sevgilisinin evində ölü tapılıb.
 
Teleqraf.com xəbər verir ki, meksikalı narkotik baronu El-Çapo ləqəbli Quzmanın sui-qəsdçisi kimi tanınan Feliks Meksikanın Kuliakan şəhərində ölüb.
 
32 yaşlı Feliks gecə klubunda əyləndikdən sonra adı açıqlanmayan şəxslə evə gedib. Səhər Feliksin nəfəs almadığını görən həmin şəxs dərhal polisə və təcili tibbi yardım xidmətinə məlumat verib.
 
Polis hadisə yerinə gəlib. İlkin xəbərlərə görə, məşhur xanım killer tənəffüs yolu xəstəliyi səbəbindən vəfat edib.
 
Polis ölümlə bağlı şübhəlilərin olduğunu və araşdırma aparıldığını elan edib. Feliksin sevgilisi olduğu deyilən şəxs həbs olunub.
 
Qeyd edək ki, Klaudia Feliks Meksikalı narkobaron El-Çapo ilə əlaqəsinin olduğunu heç zaman inkar etməyib. Onun Sinaloa mafiya şəbəkəsi daxilində bir sıra cinayətlərdə barmağı olduğu, narkotik trafikində rol aldığı iddia olunur.
 
Həbs edildikdən sonra ABŞ-a təhvil verilən narkobaron El-Çaponun Feliksin ölüm haqda xəbəri həbsxanada aldığı bildirilir.
 

Загрузка...
Загрузка...