“Əlvida, silah” çağırışının yeni dalğası – Vellinqtondan gecikmiş örnək

Baxış sayı: 
83
1  
0  

Yeni Zelandiyada olduqca önəmli bir addım atılıb - hücum və yarımavtomat silahların qadağan edilməsi barədə qanun qüvvəyə minib.

Bu gündən Sakit okeanın təlatümlü dalğalarının qoynunda, ən yaxın qonşusundan min kilometrlərlə uzaqlıqda yerləşən tənha adada kütləvi qırğın törətməyə imkan verəcək silahlar açıq satışda olmayacaq.

İndi bu ölkədə qanunsuz silah saxlamağın cəzası da var - beş ilədək həbs. Qanuna görə, yalnız peşəkar ovçulara və kolleksiyaçılara güzəşt olunacaq. Qadağan edilmiş silaha malik olan digər şəxslər sentyabrın sonunadək onu polisə təhvil verməlidirlər.

Artıq bu ölkədə, xüsusilə də paytaxt Vellinqtonda qanunsuz sayılan silahların polisə təhvil verilməsi prosesi başlanıb. Min nəfər polisə müraciət edərək onlardakı silahı təhvil vermək niyyətində olduqlarını bildirib. Daha 400 nəfər polisin qaynar xəttinə müraciət edərək bu məsələ ilə bağlı məsləhət alıb.

Картинки по запросу kraystçörç

Bu onu göstərir ki, yeni zelandiyalılar qanunsevər insanlardır, həm də ötən ay Kraystçörç şəhərində iki məscidə hücum edənlərin 50 müsəlmanı qətlə yetirməsi əhvalatından sarsılıb, qorxublar.

Bu qanun dövlətə də xeyli maddi ziyana başa gələcək. Çünki qanuni yolla, pulunu verib silah almış vətəndaş öz əmlakını itirmək məcburiyyəti qarşısındadır və dövlət vətəndaşa dəyən ziyanı ödəməlidir, silahları geri almalıdır. Baş nazir Casinda Ardern bildirib ki, bunun üçün təqribən 100-200 milyon Yeni Zelandiya dolları lazım olacaq.

Variant yoxdur. Belə olmalıdır. Dinc insanların qanına susamış terrorçularla yanaşı, zaman-zaman tutması tutan psixopatların, manyakların əlinə döyüş silahlarının asanlıqla düşməsi Kraystçörçdəki kimi faciələrin tez-tez yaşanmasına səbəb ola bilər. Yeni Zelandiya hökuməti bunu anladı və tədbirini gördü.

Amma bənzər faciələrin baş verdiyi başqa ölkələr də var.

ABŞ-da məktəbdə 27 şagird güllələnib

Məsələn, yeddi il öncə ABŞ-ın Konnektikut ştatındakı Nyustaun şəhərindəki məktəblərdən birində psixopatın biri 600-dən çox şagirdin təhsil aldığı məktəbə girib və ətrafa atəş açaraq 27 şagirdi öldürüb. Ölənlərdən 18-i ibtidai sinif şagirdləri, yəni azyaşlı uşaqlar olub. 20 yaşlı qatili də güllələyiblər.

Daha sonra yenə ABŞ-ın Texas (Teksas) ştatında məktəbə silahlı hücum olub. Hyuston şəhərində yerləşən məktəbə hücum nəticəsində 5 polis yaralanıb, cani isə atışmada öldürülüb.

Məktəbə SİLAHLI HÜCUM: Ölən və yaralananlar var

Ümumiyyətlə, ABŞ-da az qala hər həftə hansısa ictimai yerə (məktəbə, gecə klubuna, restorana və s.) bu cür hücumlar olur, heç bir ciddi və birbaşa səbəb olmadan idinc insanlar, yol keçən piyadalar güllələnir.

Ancaq vaxtaşırı baş verən bu kimi hadisələr ayrı-ayrı ştatlarda döyüş silahlarının qadağan olunmasına səbəbiyyət vermir. Sanki hər bir ştat gözləyir ki, qırğın silahları ilə törədilmiş faciənin daha böyüyü onun ərazisində baş versin ki, qanunvericilər bu məsələni ştatın parlamentinə çıxarıb müzakirə etsinlər. Hələ bu silahların yasaqlanması məsələsinin yerli parlamentin müzakirəsinə çıxarılması o demək deyil ki, bu xüsusda qanun qəbul olunacaq. Adətən tərsinə olur. Silah satışından milyardlar qazanan şirkətlərin təsiri ilə qanunvericilər belə qanunların qəbulunun təxirə salınmasına nail olurlar.

Картинки по запросу utoya breivik

8 il öncə, 2011-ci ilin iyul ayında Norveçdə bütün dünyanı sarsıdan kütləvi qırğın hadisəsi baş vermişdi. Müxtəlif cür döyüş silahları ilə silahlanmış Andres Berinq Breyvik adlı şəxs Utoya adasında yay düşərgəsində dincələn, tam əksəriyyəti yeniyetmə şagirdlərdən ibarət olan 77 nəfəri amansızlıqla güllələyib, qətlə yetirmişdi.

Norveçdə döyüş silahları satışda olmasa da, Breyvik o silahları Avropanın 20 ölkəsini gəzərək əldə etmək istəyib. Daha sonra Norveçdə ovçular və atıcılar üçün tanınmış silah əldə etmək güzəştindən yararlanaraq, qətliam silahları (maral ovu üçün tüfəng, tapança və s.) alıb.

O hadisədən sonra Norveçdə də psixopatların, keçmiş məhkumların döyüş və ov silahları əldə etməsi çətinləşib. 
Türkiyə də müxtəlif silahlarla çoxlu qanlı cinayətlər törədilən ölkələrdəndir. Fəqət, bu ölkədə də canilərin, psixopatların həm qanuni yolla, həm də qanunsuz şəkildə silah əldə etməsi çox asandır. Az qala hər iki nəfərdən birinin belində tapança var. Ona görə də bu ölkənin telekanallarının xəbərlər bülletenində, demək olar ki, hər gün tapançasını çıxarıb hadisə törədənlərə dair süjetlər verilir.

 ÐšÐ°Ñ€Ñ‚инки по запросу türkiyədə silahlı

Meksika, Kolumbiya, Braziliya, CAR kimi kriminogen durumu bərbad olan ölkələrdə artıq silah daşımağa dair qanunvericiiyin nə cür olmasının əhəmiyyəti yoxdur. Bu ölkələrdə istənilən cür döyüş silahını çox axtarmadan əldə etmək mümkündür. 
Təcrübə göstərir ki, odlu silahların asan tapıldığı ölkələrdə qətliamlar daha çox və daha kütləvi olur.

Картинки по запросу silah götürülmüşdür

Azərbaycan odlu döyüş silahlarının yasaq olduğu, çətin tapıldığı ölkədir. Burada peşəkar və həvəskar ovçuların belə silah əldə etməsi asan başa gəlmir, müvafiq hüquqi prosedurlar yerinə yetirilir. Vaxtaşırı olaraq qanunsuz saxlanılan silahlar yığılır.

Görünür, salamatı budur. Psixopatların, manyakların, terrorçulağa meylli adamların artmaqda olduğu bir vaxtda başqalarının həyatına təhlükə törədə biləcək adamların qırğın vasitələri əldə etməsi mümkünsüz olmalıdır.

Загрузка...
Загрузка...