​Lütfi Zadə haqqında bilmədiyimiz maraqlı faktlar bir kitabda toplanacaq

Ötən həftə  dünyanın nəhəng alimlərindən biri, bəşəriyyətin elmi istiqamətini dəyişən əslən azərbaycanlı olan professor Lütfi Zadə dünyasını dəyişdi. Lütfi Zadənin bir alim kimi böyüklüyündən çox yazılıb, çox danışılıb. Amma yenə də nə qədər danışılsa, azdı.
 
Lütfi Zadə həm də o şəxslərdəndir ki, barəsində xeyli kitablar yazıla, proqramlar hazırlana, filmlər çəkilə bilər:
 
Yazıçı-publisist Nəcibə İlkin Moderator.az-a açıqlamasında Lütfi Zadə haqqında yeni kitab hazırlayacağını bildirib. Qeyd edək ki, dahi alimin bilinməyən tərəfləri, maraqlı yönləri, şəxsi həyatı haqqında bəzi məqamlar kitabda öz əksini tapacaq. Kitabın yazılmasına hələ Zadənin sağlığında başlanılıb. Lakin müəyyən səbəblərdən demək olar ki, tam hazır olan kitabın müəllifi alim Fuad Qurbanovdur. O, hazırda Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının vitse-prezidentidir. Lütfi Zadə ilə yaxın elmi əlaqələri olan Fuad Qurbanov kitabda çox maraqlı məqamları işıqlandıracaq.
 
Qeyd edək ki, çap olunacaq əsər alimin Lütfi Zadə haqqında ikinci kitabı olacaq. İlk kitabı 2016-cı ildə, Lütfi Zadənin 95 illik yubileyi münasibətilə hazırlayıb. Nəcibə İlkinlə birgə hazırlanan kitab “Lütfi Zadə 95” adlanır.
 
Elmin Nuri

Загрузка...
Загрузка...