Lüksemburqlu nazir "Qarabağ”dan üzr istədi

Baxış sayı: 
57
3  
0  

Lüksemburqun idman naziri Dan Kersch "Qarabağ”dan üzr istəyib.
 
Publika.az xəbər verir ki, bu haqda məlumatı "Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov verib.
 
Onun sözlərinə görə, nazir klubun paltardəyişmə otağına gələrək üzr istəyib: "Nazir deyib bu təxribatdan onların xəbəri olmayıb. Dan Kersch bildirib ki, Qarabağı Azərbaycan ərazisi olaraq tanıyırlar".
 
Qeyd edək ki, UEFA Avropa Liqasında qrup mərhələsinin II tur oyunu çərçivəsində keçirilən "Düdelanj" - "Qarabağ" matçında ermənilər tərəfindən təxribat törədilib. Oyunun birinci hissəsində "Qarabağ"ın 30-cu dəqiqədə vurduğu ikinci qoldan sonra stadionun üzərinə dronla Dağlıq Qarabağ seperatçılarının bayrağı gətirilib.
 
Futbolçularımız bununla bağlı hakimə kəskin etirazlarını bildiriblər. Hakim oyunu dayandırıb və futbolçular stadionu tərk ediblər.

Загрузка...
Загрузка...