Lukaşenko bu təhlükədən DANIŞDI: "Öz əllərimizlə qurduğumuz..."

Baxış sayı: 
115
1  
0  

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin dağılması təhlükəsi olduğunu bəyan edib.
 
Publika.az "RİA Novosti"-yə istinadəla xəbər verir ki, Lukaşenko yerli KİV-lərlə görüşündə ölkənin suverenliyinin qorunmasının əsas məqsəd olduğunu bildirib.
 
"Yalnız mənim deyil, bizim öz əllərimizlə qurduğumuz hər şeyin sabah dağılmasını və kiminsə gəlib, eksperimentlər həyata keçirməsini istəmirəm", - deyə Lukaşenko vurğulayıb.
 
Prezident eyni zamanda vurğulayıb ki, Belarusda dəyişikliklər "Maydandan deyil, Konstitusiyadan" gəlməlidir.
 
Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkisi keçiriləcək. Seçki kampaniyası zamanı müxalifətin bəzi liderləri və namizəd Viktor Babariko tutulub.
 
Belarus DİN həbslərlə bağlı açıqlama verib. Bildirilib ki, onlar siyasi fəaliyyətinə görə deyil, kütləvi tədbirlər zamanı asayişi pozduqlarına görə saxlanılıblar.

Загрузка...
Загрузка...