Lukaşenko 2 naziri qovdu, birini də zavoda işləməyə göndərdi

Baxış sayı: 
90
3  
0  

Turaninfo.org xəbər verir ki, Vitebsk vilayətindəki
zavodların birinə səfər edən Belarus prezidenti
hökuməti sərt tənqid edib.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla bildirir ki,
yerindəcə iki naziri işdən qovan Aleksandr Lukaşenko
insanların məmurlara nifrət etməsinin əsas səbəbi kimi
onların öz işlərinə məsuliyyətsiz və etinasız
yanaşmalarını göstərib.

Vitebsk qubernatoruna şiddətli töhmət elan edən
Lukaşenko
 sənaye naziri Vitali Vovkuişdən azad edərək,
zavoda işləməyə göndərib. Nazirin burada hansı
vəzifə tutacağına tam aydınlıq gətirməyən prezident,
onun şəxsən zavodu düşdüyü çətin vəziyyətdən
çıxarmalı olduğunu deyib. Lukaşenko sənaye
naziri ilə birgə arxitektura və tikinti nazirini
də istefaya göndərib.

Həmçinin, Dövlət Hərbi Sənaye Komitəsi və
Təhlükəsizlik Şurasının sədrlərinin də vəzifələrinin
öhdəsindən gələ bilmədiklərini vurğulayan Belarus
prezidenti, payıza qədər hərbi-sənaye kompleksində
vəziyyəti düzəltməyəcəkləri təqdirdə,
onların ciddi şəkildə cəzalandırılacaqlarını bildirib.

 
Загрузка...
Загрузка...