Luis Suares: “Real”ın zəif tərəflərini bilirik

Baxış sayı: 
41
1  
0  
"Barselona"nın uruqvaylı hücumçusu Luis Suares La Liqada "Real"la qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.
 
 
Turaninfo.org komanda.az-a istinadən xəbər verir ki, İspaniya mətbuatına danışan Suares, bunları deyib:
 
"Real"ın yeni baş məşqçisi var. Bu, komanda üçün müsbət haldır. Diqqətli olmalıyıq, çünki güclü oyunçuları var. Ancaq hər rəqibin olduğu kimi, "Real"ın da zəif tərəfləri var və bunu bilirik.
 
Hamı Kriştiano Ronaldonun necə futbolçu olduğunu yaxşı bilir. Amma komanda futbolçudan daha vacibdir. "Real"da hələ də oyunda nəticəni dəyişə biləcək futbolçular var".
 
"Barselona" - "Real" matçı sabah, saat 19:15-də start götürəcək.
 
Загрузка...
Загрузка...