Lotu Quliyə qarşı daha bir cinayət işi

Baxış sayı: 
26
2  
0  

 
Azərbaycanlı "qanuni oğru" Nadir Səlifova(Lotu Quli) qarşı Rusiyada daha bir  cinayət işi açılıb. Musavat.com xəbər verir ki, bu barədə Rusiya telekanallarından birində məlumat verilib. Xəbərdə "Quli Azərbaycanın ən məşhur mafiozu" kimi təqdim edilib və onun Rusiyanın kriminal aləminə ciddi təsiri olduğu bildirilib.  Cinayət işimə gəlincə, Quli kriminal qruplaşmalar yaratmaqda suçlanır. Ona qarşı ittiham isə Rusiyaa qüvvəyə minənən  "anti-oğru" adlanan qanunla bağlıdır.
 
Belə ki, Rusiya prezidenti Vladimir Putin 2019-cu il aprelin 1-də kriminal avtoritetlər - “qanuni oğrular” - üçün cəzanı sərtləşdirən qanun imzalayıb. O, cinayətkar iyerarxiyasında liderliyə görə yeni maddə tətbiq edib və cinayətkar qrupların yığıncaqlarında iştiraka görə məsuliyyət müəyyənləşdirib.
 
Rusiyanın Cinayət Məcəlləsinə “Cinayətkar iyerarxiyasında yüksək mövqe tutma” yeni maddəsi əlavə edilib. Həmin maddə 8 ildən 15 ilədək azadlıqdan məhrumetməni və 5 milyon rubladək cəriməni nəzərdə tutur.
 
 
Cinayətkar qrupların yaradılmasına və ya onlara başçılıq edilməsinə, eləcə də cinayətkar qrupların yığıncaqlarında iştiraka görə 20 il həbs cəzası gözlənilir.
 
Quli Azərbaycanda cəzasını başa vurduqdan sonra ölkə hududlarını tərk edib. Həmin ərəfədə isə Rusiyada ona qarşı bir neçə il əvvəl biznesmenin oğurlanmasına görə cinayət işi qaldırılıb, barəsində axtarış elan edilib. Qulinin vəkilləri isə bu cinayət işinin qurama olduğunu bəyan ediblər.
 
Belə görünür ki, Qulinin  konkret cinayətdə iştirakını təsdiq etmək mümkün olmadığl üçün indi "oğru" statusuna görə həbsi planlaşdırılır.
 
Məlumat üçün bildirək ki, Quli bir müddət İstanbulda məskunlaşdı. Son aylar Türkiyədə də hüquq-mühafizə orqanları türk və digər cinayət klanlarına qarşı ciddi mübarizə aparmağa başlayıb. Kriminal avtoritetlərin yaxın dövrədək “oğru sxodkaları”nda toplaşdığı Türkiyə oğru iyerarxiyası nümayəndələri üçün artıq etibarlı məkan deyil.
 
Bəzi iddialara görə, Quli bir müddətdir ki, Qətərdə yaşayır.
 
Musavat. com

Загрузка...
Загрузка...