London 7 nöqtədən işğal olundu - Polis və hökumət TƏŞVİŞDƏ /FOTOLAR

Baxış sayı: 
70
1  
0  

 
İngiltərənin paytaxtı Londonda ətraf mühitin qorunması təşəbbüskarı olan “Extinction Rebellion” qrupunun təşkil etdiyi etiraz aksiyaları 5-ci günündə davam edir.
 
Publika.az xəbər verir ki, şəhərin 7 fərqli nöqtəsini, sanki işğal edən nümayişçilərə polis sərt şəkildə müdaxilə edir.
 
Qarşıdurmalarda polis tərəfindən həbs edilənlərin sayı 682-yə çatıb. Həbs olunanlar polisin nümayişləri vahid nöqtədə keçirməsi əmrini pozanlardır.
 
İngiltərə təhlükəsizlik qüvvələri bu gün 100-dən çox polislə işğal hərəkatının davam etdiyi “Oxford Circus”da əməliyyat keçirib. Bu zaman nümayişçilərin özlərini bir-birilərinə və yerə yapışdırdıqları məlum olub. Polis bu nümayişçiləri mühasirəyə alarkən yüzlərlə şəhər sakini də polisi mühasirəyə alıb.
 
Qeyd edək ki, Londonda “Marble Arch”, “Oxford Circus”, “Piccadilly Circus” və “Waterloo Körpüsü” bölgələri nümayişçilərin işğalı altındadır.
 
Etirazçılar İngiltərə hökumətindən iqlim və ekoloji fövqəladə vəziyyət elan etməsini, 2025-ci ilə qədər zəhərli qazların emissiyalarının sıfıra endirilməsini və iqlim dəyişikliyi ilə mübarizə qərarları vermək üçün xalq məclisləri qurulmasını tələb edir.
 
Zümrüd

Загрузка...
Загрузка...