Liviya hökumətinə silah tuşlayan muzdlunun cibindən rus rublları çıxdı – BMT-yə təqdim ediləcək

Baxış sayı: 
89
1  
0  

Hurriyyet.org xəbər verir ki, Liviyada Türkiyənin də dəstəklədiyi, BMT tərəfindən tanınmış qanuni Milli Barışıq Hökumətinin Rusiya, Fransa, BƏƏ, Misir tərəfindən dəstəklənən qiyamçı genereal Xəlifə Həftərin qüvvələrinə qarşı apardığı “Qəzəb vulkanı” əməliyyatı zamanı yeni dəlillər ələ keçirilib. Bəlli olduğu kimi, “Qəzəb vulkanı” əməliyyatı çərçivəsində qiyamçıların paytaxt Tripoliyə hücumlar eləmək üçün istifadə elədikləri Vatiyyə bazasının təmizlənməsi Liviyadakı daxili müharibədə dönüş nöqtəsinə çevrilib.
 
Liviya XİN-in yazılı açıqlamasında ordu birlikləri paytaxtın cənubundakı Səlahəddin rayonunda ölkənin şərqindəki qeyri-qanuni silahlı qüvvələrin qiyamçı lideri Xəlifə Həftərin milislərindən azad elədikləri böldədə əcnəbi muzdlu hərbçi cəsədi tapıldığını bəyan edib.
 
Liviya ordusunun apardığı “Qəzəb vulkanı” əməliyyatının fəaliyyətini işıqlandıran mətbuat qrupu sosial media hesabında muzdlu əcnəbi hərbçinin cəsədinin üzərindən tapılan əşyaların fotolarını paylaşıb. Fotolarda əsgərin üzərindən çox sayda rus rublu əskinası çıxdığı diqqəti cəlb edir.
 
Bölgədə Rusiya istehsalı olan MON-100 tipli minalar da aşkar edilib.
 
Liviya XİN muzdlu əsgərlərlə bağlı həqiqətlərin işıqlandırılması üçün təhqiqat aparıldığını  və Liviyada əcnəbi muzdluların döyüşdüyü barəsində hazırlanan hesabatın BMT-nin Təhlükəsizlik Şurasına təqdim ediləcəyi bildirilib.
 
Xatırladaq ki, Türkiyə prezidenti R.T.Ərdoğan hələ bu ilin yanvar ayındakı çıxışlarının birində Liviyadakı mövcud vəziyyəti belə qiymətləndirmişdi: “Türkiyə Liviyada qanuni hökumətin, Suriyada isə xalqın tərəfindədir. Biz Liviyada muzdlu bir legionerin yox, qanuni hökumətin yanındayıq. Rusiyanın göndərdiyi “Vaqner” adlanan təhlükəsizlik qüvvələri qiyamçı Həftərə xidmət edir. Biz isə orada dövlət başçısı Sərracın arxasındayıq”.
 
Qeyd edək ki, mediada “Putinin aşpazı” kimi tanınan Yevgeni Priqojinin (o, Rusiyada dövlətin yüksək çinli məmurlarının ərzaq təminatı ilə məşğul olub) muzdlu hərbi xidmət göstərən “Vaqner” şirkəti Rusiya tərəfindən Krımın işğalı, Ukraynanın şərqindəki döyüşlər, Suriya və Afrika ölkələrində muzdlu hərbçilərinin fəaliyyətləri ilə tanınır. Vladimir Putin müsahibələrinin birində sahibkarı tanıdığını bildirsə də, onunla dost olduğunu və Priqojinin dövlətlə əlaqəsini inkar etmiş, onu amerikalı biznesmen Corc Sorosa bənzətmişdi.
 
2018-ci ilin yayında azərbaycanlı jurnalist Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən qeyri-formal silahlı qrup olan “Vaqner” barədə film çəkmək üçün Mərkəzi Afrika Respublikasına səfər etmişdilər. Jurnalistləri həmin qrupun yerləşdiyi bazaya, təlim məşq düşərgəsinə buraxılmamış, az sonra isə həmin ölkədə qətlə yetirilmişdilər.
 
Hurriyyet.org

Загрузка...
Загрузка...