“Liverpul” ŞOKDA - Kubokdan uzaqlaşdırıla bilər

Baxış sayı: 
27
1  
0  

“Liverpul” İngiltərə Liqa kubokundan uzaqlaşdırıla bilər.
 
Publika.az xəbər verir ki, 1/16 finalın “Milton-Kins Dons”a qarşı matçında “qırmızılar”ın heyətində yarışın qeydiyyat qaydalarına uyğun gəlməyən futbolçu iştirak edib. Onun adı açıqlanmayıb.
 
Məsələni şərh edən klubdakı mənbə bildirib: “Biz bir futbolçumuzla bağlı potensial inzibati problem haqda məlumatlıyıq. Bununla bağlı dəqiqləşdirmə aparmaq üçün futbol qurumları ilə əlaqə saxlayırıq. Məsələ yekunlaşmayana kimi klub əlavə şərh verməyəcək”.

 
Bildirilib ki, “Liverpul”un günahı sübuta yetirilsə, klub ya cərimələnəcək, ya da liqa kubokundan uzaqlaşdırılacaq.

Загрузка...
Загрузка...