"Liverpul" "Arsenal" üzərində qələbəni son dəqiqələrdə əldən verib

Baxış sayı: 
42
1  
0  

Londonun "Arsenal" klubu futbol üzrə İngiltərə Premyer Liqasının 11-ci turunda "Liverpul" ilə heç-heçə edib.

Turaninfo.org “Report”a istinadən xəbər verir ki, Londonun "Emireyts — Eşberton Qrouv" stadionunda keçirilən matç 1:1 hesabı ilə başa çatıb.

Oyunda ilk qolun müəllifi "Liverpul"un yarımmüdafiəçisi Ceyms Milner olub. O, 61-ci dəqiqədə hesabı açıb. Ev sahibləri yalnız 82-ci dəqiqədə Aleksandr Lyakazettin vurduğu qol sayəsində hesabda tarazlıq yarada biliblər.

"Liverpul" bu heç-heçədən sonra xallarının sayını 27-yə çatdırıb və hazırda turnir cədvəlində liderlik edir, "Arsenal" 23 xal ilə 4-cüdür.

Загрузка...
Загрузка...