Lionel Messi səxavətini göstərdi

Baxış sayı: 
81
2  
0  
"Barselona"nın kapitanı Lionel Messi koronavirus pandemiyası ilə mübarizəyə qoşulub.
 
Turaninfo.org xəbər verir ki, argentinalı superulduz koronavirusu incələyən "Hospital Clinic" xəstəxanasına 1 milyon avro yardım edib. Şəfa ocağının rəhbərliyi isə  "Leoya bu dəstəyə görə təşəkkür edirik" mesajını ictimaiyyətə çatdırmağı özünə borc bilib.
 
Messi Argentinadakı bir neçə klinikanın da hesabına pul köçürüb. Lakin məbləğin açıqlanmasını istəməyib.
 
Qeyd edək ki, İspaniyada 40 min adam koronavirusa yoluxub. Onlardan 2800-ü ölüb.

fanat.az

Загрузка...
Загрузка...