​Liftdə Putinin portretini görən moskvalılar onu söydü...- FOTOLAR+VİDEO

Baxış sayı: 
80
1  
0  

"Biz səni necə də sevirik"-deyənlər də oldu...
 
 
Moskvadakı binalardan birinin liftində rus prankerləri Rusiya prezidenti Vladimir Putinin portretini  asaraq gizli kamera ilə sakinlərin reaksiyasını lentə alıblar.
 
Moderator.az bu haqda Ukrayna mediasına istinadla xəbər verir.
 
Videolar “Bloq babuli” (“Nənənin bloqu») Youtube- kanalında yayımlanıb. İdeya müəllifi videonun əvvəlində görünən bloger Başir Dohovdur.
 
Qeyd edək ki, yüksəkmərtəbəli binanın sakinləri arasında Putinin portreti heç də xoş hisslər  yaratmayıb. Hətta bəziləri Rusiya prezidentinin görüntüsü önündə ona qarşı söyüş işlətməkdən belə,  çəkinməyib.
 
Gizli çəkiliş zamanı liftə 20 nəfər daxil olub. Bəzi qadınlar "biz səni necə də sevirik" desə də, bir çoxları prezident portretinin liftə asılmasından təəccüblənib, hətta qorxan da olub. Qadınlardan biri isə istehza ilə potret qarşısında diz çökərək guya Putinə sitayiş etdiyini göstərib. Uşaqlardan biri isə Rusiya prezidentinə salam verib...
 
Sultan Laçın

Загрузка...
Загрузка...