Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi- YENİLƏNİB

Baxış sayı: 
80
1  
0  
Səbail Rayon Polis İdarəsinin
binasına təcili yardım maşını yaxınlaşıb.

Bəzi məlumatlara görə, Cəmil
Həsənlinin halı pisləşib.

***

Bir müddət əvvəl Şəhidlərin
Xiyabanında müxalifət Azərbaycan
Xalq Cəbhəsi Partiyasının (AXCP)
sədri Əli Kərimli və onun bir
qrup tərəfdarı saxlanılıb.

Bu barədə sosial şəbəkələrdə
AXCP nümayəndələri məlumat yayıblar.

A.Kərimli və onun tərəfdarları Milli
dirçəliş günü ilə əlaqədar təntənəli
yürüş edib və qəbirlərin üstünə
güllər qoymaq üçün Şəhidlərin
Xiyabanına yollanıblar. Saxlanılanlar
Səbail Rayon Polis İdarəsinə aparılıblar.

Hazırda Əli Kərimlinin bir qrup tərəfdarı
Səbail Rayon Polis İdarəsinin qarşısına toplaşıb.

Məlumata görə, Milli Şuranın sədri
Cəmil Həsənli də saxlanılıb.(virtualaz.org)

 

 

 
Загрузка...
Загрузка...