​Əli İnsanovu eks məhbəs yoldaşları ziyarət edib - FOTO

Baxış sayı: 
94
2  
0  

 
Keçmiş siyasi məhbus Əli İnsanovu onunla birlikdə 13 saylı cəzaçəkmə müəssisəsində siyasi məhbus həyatı yaşamış şəxslər ziyarət edib.
 
Musavat.com xəbər verir ki, bu barədə görüş iştirakçılarından, gununsesi.org saytının rəhbəri Pərviz Həşimli sosial şəbəkədəki statusunda yazıb. Ə.İnsanovu ziyarət edənlər arasında Tofiq Yaqublu, Pərviz Həşimli, Əbdül Əbilov, Fərəc Kərimli və İlkin Rüstəmzadə də olub.
 
Əldə etdiyimiz məlumata görə, 14 illik həbs həyatından sonra azadlığa çıxan Əli İnsanovu birgə ziyarət etmək ideyası T.Yaqubluya məxsus olub. Görüş zamanı cəmiyyətdəki məsələlər barədə fikir mübadiləsi aparılıb. Amma sabiq nazir görüş barədə mediada hər hansı xəbərin yayılmasını istəmədiyi üçün detallar barədə məlumat əldə edə bilmədik. Fotodan da göründüyü kimi, görüşdə iştirak edənlərin bir qismi onunla 13 saylı cəzaçəkmə müəssisəsində siyasi məhbus həyatı yaşayıb. Fotoda sabiq nazirin qardaşı da var və Ə.İnsanova hədsiz bənzərliyi ilə diqqət çəkir.
 
Musavat.com

Загрузка...
Загрузка...