​Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turanın 100 yaşı tamam olur

Baxış sayı: 
103
2  
0  

 
Bu gün Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turanın 100 yaşı tamam olur.
 
AZƏRTAC xəbər verir ki, Əli bəy Hüseynzadənin varisi olan Feyzavər xanım Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 17 mart tarixli Sərəncamına əsasən “Dostluq” ordeni, ölkə başçısının digər Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.
 
Qeyd edək ki, 2017-ci ildə Feyzavər xanım tərəfindən Əli bəy Hüseynzadəyə aid 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunmuş “Həyat” qəzeti Azərbaycan hökumətinə hədiyyə olunub. Bu əsərlərin 61 ədədi Azərbaycana gətiriləndən sonra bərpa edilib.
 
Əsərlər hazırda Azərbaycan İstiqlal Muzeyində sərgilənir.
 
Günel Məlikova
 
AZƏRTAC-ın xüsusi müxbiri
 
 

Загрузка...
Загрузка...