Əli Əhmədov: “DOST” “ASAN xidmət”in analoquna çevriləcək

Baxış sayı: 
57
1  
0  

Azərbaycan hökumətinin başlıca məqsədi insanların rifahını yaxşılaşdırmaq, ehtiyacı olanlara dövlət qayğısını daha da artırmaq və hər bir insana layiqli həyatın təmin edilməsi üçün bütün lazımi şərtləri təmin etməkdən ibarətdir.

Turaninfo.org Oxu.Az-a istinadən xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov “DOST” layihəsinin təqdimatı zamanı deyib.

O bildirib ki, Azərbaycan hökuməti prezidentimiz İlham Əliyevin müəyyənləşdirdiyi siyasəti uğurla və layiqincə həyata keçirməkdədir.

 

“Son illərdə Azərbaycanın bütün sferalarında baş verən dəyişikliklər, insanların həyat səviyyəsinin yüksəlməsi, ehtiyacı olan insanlara dövlət tərəfindən qayğının müxtəlif formalarda göstərilməsi, qayğının səmərəli şəkildə həyata keçirilməsinə ölkəmizdə sosial siyasətin uğurla həyata keçirilməsi haqqında fikir söyləməyə əsas yaradır.

Bütövlükdə dünyamızın 2030-cu ilə qədər dəyişməsini nəzərdə tutan 17 məqsədin qayəsi bundan ibarətdir. İnsanlar daha yaxşı yaşasın, ehtiyacı olanların hər birinə lazımi yardımlar edilsin və heç kim qayğıdan kənar qalmasın.

Bu mənada, Azərbaycan hökumətinin həyata keçirdiyi siyasəti bu məqsədlərə uyğun gələn və bu məqsədlərdən qaynaqlanan bir fəaliyyət hesab etmək mümkündür. Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görülən işlər insanların həyatının yaxşılaşdırılmasına xidmət edir”.

Ə.Əhmədov qeyd edib ki, son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində böyük islahatlar həyata keçirilir:

“Bu islahatların məqsədi sosial təminata ehtiyacı olanların ehtiyaclarının daha yaxşı ödənilməsi və onlara göstərilən qayğının şəffaf və səmərəli şəkildə həyata keçirilməsinə xidmət göstərirdi. İslahatlar ardıcıllıqla reallaşdırılacaq. Hədəf əldə edilmiş olacaq. “DOST” xidmət ehtiyacı olan insanlara daha yaxşı xidmətin təmin edilməsi məqsədini güdür”.

Baş nazirin müavini qeyd edib ki, insanlara lazımi xidmətin göstərilməsi sosial siyasətin qayəsini müəyyənləşdirir. 

“Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hökumətin hədəflərini dəqiqliklə müəyyənləşdirmək üçün layihəni düşünüb və uğurla həyata keçirəcək.

Bu layihənin həyata keçirilməsində məqsəd hökumətin müəyyənləşdirdiyi sosial siyasəti daha da təkmilləşdirmək və insanlara daha yaxşı xidmətin göstərilməsinə nail olmaqdan ibarətdir. İkincisi, bu sahədə şəffaflığın təmin edilməsi ilə əlaqədardır. Üçüncüsü, bu sahədə çətin, daha yaxşı təşkil olunmasına ehtiyacı olan insanlar çoxluq təşkil edir. Yaşlılar, pensiya alanlar, fiziki qüsuru olan insanlar, əlillər - hamısına xidmətin elə şəkildə təmin olunmasına ehtiyac var ki, xidməti asanlıqla əldə etsinlər və çətinlik çəkməsinlər.

Bu xidmət Azərbaycanda populyarlaşmış “ASAN xidmət”in analoqunu çevrilə biləcək. Qarşıya qoyduğu xidmətləri “ASAN xidmət”də olan kimi reallaşdıra biləcək. Bu layihə uğurla həyata keçiriləcək, özünə layiqli yer tuta biləcək və sosial qayğıya ehtiyacı olan insanlar tərəfindən seviləcək”.

Загрузка...
Загрузка...