Lerikdə müəllim şagirdi zorladı - Məhkəmədən ağlasığmaz hökm

Baxış sayı: 
194
1  
0  

 
Lerik Rayon Məhkəməsi şagirdinə təcavüz etməkdə ittiham olunan müəllimin barəsində hökm çıxarıb. Hakim Atabəy Kiçikbəyovun çıxardığı hökmə əsasən 60 yaşlı müəllim Şəfahət Məmmədov cəmi 1 il azadlıqdan məhrum edilib.
 
Teleqraf.com xəbər verir ki, bu barədə azyaşlının qaldığı sığınacaq mərkəzinin rəhbəri Mehriban Zeynalova məlumat verib.
 
Onun sözlərinə görə, müəllimdən hamilə qalan məktəbli hələ də nə baş verdiyinin fərqində deyil: "Sual veririk, bu nə qərardır, bu nə ədalətsizlikdir?! Bəs bu uşağın gələcəyi necə olacaq? O, heç nəyi anlamır. Bəs bizdəmi başa düşmürük, ya bizim qız övladlarımız yoxdurmu? Tək sözlə, bunu deyirik. Sonu nə olur, olsun bu uşağı müdafiə edəcəyik və bu haqsız qərarla bağı bütün qurumları tək- tək məlumatlandırıb ciddi ölçü götürülməsini tələb edəcəyik!"
 
Qeyd edək ki, bu il aprelin 6-da Lerik rayonunun Kirəvud kəndinin 11-ci sinif şagirdi (təvəllüdü 2003-cü il) kəndin rus dili müəllimindən (təvəllüdü 1961-ci il) 5 aylıq hamilə olduğu barədə məlumat yayılıb. Azyaşlı Bakıdakı sığınacaqlardan birinə yerləşdirilib.
 
Lerik rayonunda məktəb müəllimi Şəfahət Məmmədova qarşı Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153.1-ci (on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddələri ilə cinayət işi başlanılmışdı.
 
Müəllif: Teleqraf.com

Загрузка...
Загрузка...