Lalədən gözlənilməz qərar: “Sağ göstərib, sol vurdu”

Baxış sayı: 
40
1  
0  

“Maşın”da daha bir mübarizə günü başa çatıb.
 
Oxu.Az xəbər verir ki, şounun aparıcısı Murad Dadaşov bugünkü səsverməyə “stop” deyib.
 
Tamaşaçıların Lalə Mustafayevaya göndərdiyi səslərin faizi 58,61% olub.
 
 
 
Beləliklə, Lalə şoudakı iştirakını davam etdirir. Mustafayeva oyunda onu saxlayan tamaşaçılara müraciət edərək, hədəfinin adını açıqlayıb.
 
“Bütün tamaşaçılara minnətdaram. Şounun əvvəlində söylədiyim və işlətdiyim sözlərə görə, hamıdan üzr istəyirəm. Çox həyacanlı idim şou boyunca. Amma güvəndiyim insan mənə bunları etməməli idi. Hədəfim Türkan Vəlizadədir”.
 
 
 
Şounu tərk edən müğənni Türkan Vəlizadə oyundan çıxmasını bu cür şərh edib: “Yaxşılığıa yaxşılıqla cavab vermək lazımdır. Bil ki, səni də belə vuracaqlar. Mən şounun çox güclü iştirakçısı idim”.
 
Beləliklə, şou boyunca Mustafayeva üçün səs istəyib, ona dəstək çıxan Türkan üçün “Maşın əldən getdi”, həm də məhz elə Lalənin əli ilə.
 
Finala isə saylı günlər qalıb. “Maşın” şousu altı iştirakçı ilə sabah 22:00-da yenidən qaldığı yerdən davam edəcək.

Загрузка...
Загрузка...