​Kütləvi davada güllələnən, məhkəmə önündə soyunan şəxs də həbs edildi - FOTO

Baxış sayı: 
40
2  
0  

 
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Sənan İsmayılovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
 
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
 
Hökmə əsasən, Sənan İsmayılov Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək həbs edilib. Ev dustaqlığında olan Sənan İsmayılov barəsindəki qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında qandallanıb.
 
Xatırladaq ki, Sənan İsmayılov Bakıda bir neçə nəfərin iştirak etdiyi kütləvi davada ağır yaralanmışdı.
 
Vəli Əhmədov Sənan İsmayılova odlu silahdan atəş açaraq, onun hər iki əlinə xəsarət yetirmişdi. Sənan aldığı xəsarətdən iki əlinin də fəaliyyət qabiliyyətini itirmiş, bir neçə dəfə əməliyyat keçirmişdi.
 
Sənanı güllələyən Vəli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək cəza aldı.
 
Ancaq Sənan İsmayılov buna etiraz edirdi. O bildirirdi ki, Vəli onu öldürmək istəyib. Buna görə də ona Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürmə və cəhd) maddəsi ilə daha ağır cəza verilməlidir.
 
Məhkəmənin hökmünə etiraz edən Sənan İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında soyunaraq etiraz aksiyası keçirmişdi.
 
Daha sonra isə müxtəlif dövlət qrumlarının qarşısına gedərək məhkəmənin ədalətsiz qərar çıxarmasından şikayət etmiş, bir neçə dəfə də intihara cəhd etmişdi.
 
Sənan İsmayılov başqa bir cinayət işində təqsirləndirilən şəxsdir. O da kütləvi davada başqa bir şəxsə ağır xəsarət yetirdiyinə görə məhkəmə önünə çıxarılırdı. Onun səhhəti və müalicəsi nəzərə alınaraq barəsində həbs qətimkan tədbiri seçilməmişdi.
 
Məhkəmə onun da həbs edilməsi ilə bağlı qərar çıxardı.
 
İ.Muradov
Musavat.com

Загрузка...
Загрузка...