Kütlə iki günahsız kişini yandırdı - "WhatsApp"-dakı yalan məlumata görə

Baxış sayı: 
38
1  
0  

Meksikada WhatsApp sosial şəbəkəsində uşaq oğurluğu ilə bağlı yayılan dedi-qodu iki nəfərin ölümünə səbəb olub.

Turaninfo.org xəbər verir ki, Puebla əyalətinin Acatlan qəsəbəsində polis adi qanun pozuntusuna görə iki nəfəri saxlayıb. Amma qəsəbə sakinləri həmin şəxslərin uşaq oğruları olduğuna dair WhatsApp-da məlumatlar paylaşıblar. Kütlə meydana axışaraq saxlanılan şəxsləri polisin əlindən alaraq əvvəlcə döyüb, sonra yandırıblar.

Kütlə polisin "onlar uşaq oğruları deyil" xəbərdarlığına əhəmiyyət verməyiblər. Baş verənlərdən sonra WhatsApp qeyd olunan məlumatların paylaşılmasını yasaqlayıb.

Teleqraf.com 

Загрузка...
Загрузка...