Kuryoz hadisə: Telefonu Merkelin üzünə bağladı

Baxış sayı: 
91
2  
0  

Almaniya kansleri Angela Merkelin başına kuryoz hadisə gəlib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilir ki, Angela Merkel koronavirus riskinə baxmayaraq, yanğınsöndürmə mərkəzində özlərini könüllü olaraq təcrid edən əməkdaşlarını təbrik etmək istəyib. Ancaq zəngi qəbul edən mərkəzin müdiri Andre Musviq kanslerin adını eşidəndə bunun zarafat olduğunu düşünərək dəstəyi asıb.

 

Vəziyyəti belə görən Merkel Mərkəzin Mətbuat Xidmətinə zəng edərək, olanları danışıb. Məsələ aydınlaşıb, bundan sonra kansler Mərkəzlə yenidən əlaqə yaradaraq onları təbrik edib.

Baş verənlərlə bağlı Andre Musviq bunları deyib:

“Bir radionun telefon zarafatı etdiyini düşündüm. Belə zarafatlar üçün vaxtımın olmadığını mədəni və qısa şəkildə izah etdikdən sonra dəstəyi asdım”.

 
Загрузка...
Загрузка...