“Kurtlar vadisi”nin məşhur aktyoru koronavirusdan öldü - SON DƏQİQƏ!

Baxış sayı: 
106
2  
0  

"Kurtlar Vadisi Pusu” serialında canlandırdığı Ordinaryuis obrazı ilə məşhurlaşan aktyor Tarhan Kaya koronavirusdan vəfat edib.

Turaninfo.org  Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor 10 gün əvvəl öskürək şikayəti ilə xəstəxanaya gedib. Xəstəxanada müalicə alan kino ulduzu daha sonra reanimasiyaya yerləşdirilib. Bütün müdaxilələrə baxmayaraq, Tarhan Kayanın həyatını xilas etmək mümkün olmayıb. Aktyorun oğlu Teo atasının koronavirus infeksiyasından vəfat etdiyini açıqlayıb.

Tarhan Kayanın ailə üvlərinə də COVID-19 testi edilib, ancaq heç birinin infeksiyaya yoluxmadığı üzə çıxıb. Onun Fransa vətəndaşı olan keçmiş həyat yoldaşı xaricdə olduğu üçün yas mərasiminə qatıla bilməyib.

Aktyor sonuncu dəfə "Halka” serialında rol almışdı.

Загрузка...
Загрузка...